BAKI, 30 aprel. TELEQRAF
Bakıda ailə münaqişəsi zamanı kişi döyülüb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə Nərimanov rayonu ərazisində, Zeynal Xəlil küçəsində baş verib.
1973-cü il təvvəllüdlü Kərimov Seymur Kərim oğlu həyat yoldaşı tərəfindən döyülüb.
O, kəllə-beyin travması və bədənin müxtəlif nahiyyələrindən əzik xəsarətləri alıb.
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində araşdırma aparılır.