RU

"Barselona" onun transferi ilə bağlı qərarsızdır

"Barselona" hazırda "Aston Villa"da icarə əsasında çıxış edən və hüquqları "Mançester Yunayted"ə məxsus olan vinger Markus Reşfordun transferini nəzərdən keçirir.

90deqiqe.Az-ın "The i Paper"ə istinadən verdiyi xəbərə görə, 27 yaşlı futbolçunun özü də Kataloniya klubuna keçməkdə maraqlıdır.

"Mançester Yunayted" ingilis futbolçunun satışından 47 milyon avro istəyir. Lakin "Barselona" bu məbləği yüksək hesab edir və hazırda bu qiymətlə transferi reallaşdırmaq istəmir.

Qeyd olunur ki, Reşford "Barselona"ya keçid üçün maaşını əhəmiyyətli dərəcədə azaltmağa hazırdır.

Ötən qış hücumçu icarə əsasında "Aston Villa"ya keçib. Futbolçunun “Mançester Yunayted”lə hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.

Избранный
0
1
90deqiqe.az

2Источники