RU

Jurnalistlər Milli Biznesin İnkişafı Forumundan qovulub » AzadMedia.az


Jurnalistlər Milli Biznesin İnkişafı Forumundan qovulub. Azadmedia.az xəbər verir ki, bu barədə Foruma dəvət alan media nümayəndələrindən biri Gülnar Nazimqızı sosial media hesabında məlumat yayıb.
Hazırda "Caspian Energy Club" və Azərbaycan Milli Biznes Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən Milli Biznesin İnkişafı Forumunda #JURNALİSTLƏR tədbirin ortasında mədəni olaraq çıxarıldı daha doğrusu bizim başa düşəcəyimiz formada qovuldu, - yazan Gülnar xanım öz adına tədbiri aparan şəxsə bu hörmətsizlikdir iradını bildirib.
O Medianın İnkişafı Agentliyi bu məsələni diqqətdə saxlamağı xahiş edib: "Jurnalist heçkimin piyar işini aparan deyil. Mən istəyəni yaz sonra xoşgetdin. Belə olmaz. Olmamalıdır".
Forumun təşkilatçılatı ilə əlaqə saxlayıb mövzuya qayıdacağıq.
Избранный
0
1
azadmedia.az

2Источники