RU

Zabuxçay su anbarının tikintisi yekunlaşmaq üzrədir - ADSEA nümayəndəsi

Zabuxçay su anbarının tikintisi başa çatmaq üzrədir. Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Əliağa Əzizov Milli Biznesin İnkişafı Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Qarabağda hazırda 5 su anbarının tikintisi davam edir.

Qurum sədri vurğulayıb ki, qurum hazırda 3 böyük layihə - Hövsan Aerasiya Stansiyası, Şirvan kanalı, dəniz suyunun duzsuzlaşdırılması üzərində iş gedir.

Ölkə ərazisində formalaşan su ehtiyatının təxminən 25%-i Qarabağ və Şərqi Zəngəzurun su mənbələri hesabına başa gəlir.

Gülnar Nazimqızı

Избранный
1
anews.az

1Источники