RU

Don meyvə qiymətlərini "vurdu": İlk məhsullar 250 lirəyə alıcı tapır

Türkiyənin önəmli istehsal bölgələrindən biri olan Mersində örtülü sahələrdə yetişdirilən təzə üzümün yığımına başlanılıb. Yazda yaşanan soyuq hava və kənd təsərrüfatı donu səbəbindən örtülü sahələrdə məhsuldarlıq təxminən 20 faiz azalıb, ilk məhsullar isə 250 lirəyə satılıb.

Sherg.az xəbər verir ki, Mersində istixanalarda və açıq sahələrdə yetişdirilən tərəvəz və meyvələrin yığımı davam edir. Ərikdən tutmuş, şaftalı, yeni dünya (muşmula) və çiyələyə qədər bir çox meyvənin yığımı başlasa da, örtülü sahələrdə yetişdirilən ağ üzümlər də artıq yetişib.

Erdemli rayonunun Kocahasanlı bölgəsində mövsümün ilk üzümləri yığılıb. İlk məhsulların qiyməti 250 lirə olub. Yazda baş verən soyuq hava və kənd təsərrüfatı donu istixanalarda təxminən 20 faiz məhsuldarlıq itkisinə səbəb olub.

Ziraat mühəndisi Emine Yaman Kulu,  istixanada üzüm yetişdirildiyini bildirərək deyib:

“Burada yetişdirdiyimiz üzüm növü "Yalova incisi"dir. Çətinlikləri dəf edərək bu gün yığıma başladıq. 2025-ci il kənd təsərrüfatı baxımından təbii fəlakət ili oldu. Kənd təsərrüfatı donu yaşadıq. Həm açıq sahələrimiz, həm də örtülü sahələrimiz zərər gördü. Açıq sahədə ağaclar çiçək açmışdı, ciddi təsir etdi. İstixanalarda istilik sistemi ilə qızdırma aparsaq da, yenə də məhsul itkisi oldu.”

Təzə üzüm yetişdirən fermer İbrahim Köse isə deyib:
“Təxminən 12 ildir bu işlə məşğulam. Bu il pis hava şəraiti səbəbindən bəzi çətinliklər yaşadıq. Soyuqlar zamanı sobalar yandırdıq, istiliklə təmin edib erkən yığım etməyi bacardıq.”

Səhərin erkən saatlarından etibarən istixanalarda üzüm yığan işçilər isə üzümlərin diqqətlə kəsilib qablaşdırıldığını və alıcılara göndərildiyini bildiriblər.
Избранный
5
sherg.az

1Источники