RU

Bankların qeyri-işlək kreditlərinin həcmi 1 ayda 11,3 milyon manat artdı

BAKI, 29 aprel. TELEQRAF

Bu il martın 31-nə bankların qeyri-işlək kreditlərinin həcmi 709,9 milyon manat olub.

Teleqraf xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının açıqladığl statistakaya görə, bu, 1 ay əvvəl – 28 fevrala görə 11,3 milyon manat çoxdur.

Biznes kreditlərində 8,7 milyon manat artaraq 391,2 milyon manata, istehlak kreditlərində isə 1,5 milyon manat artaraq 283,6 milyon manata, ipoteka kreditlərində isə 1,1 milyon manat artaraq 35,1 milyon manata çatıb.

Qeyri-işlək portfelin cəmi portfeldə payı isə dəyişməyib - 2.5 faiz.

Qeyri-işlək Kredit - faizinin hesablanması dayandırılmış, yaxud əsas məbləğinin və ya faizinin ödənişi müqavilədə nəzərdə tutulmuş müddətlərdən 90 gün və ya daha çox gecikdirilmiş, faizi kapitallaşdırılmış və ya yeni kredit kimi rəsmiləşdirilmiş, yaxud faizinin ödəniş müddəti uzadılmış kreditlər, habelə faizinin ödəniş müddəti 90 gün və ya daha çox gecikdirilmiş overdraflardır.

Избранный
0
teleqraf.com

1Источники