RU

Zəlzələdən zərər görən Kahramanmaraşda “Azərbaycan” məhəlləsi salınıb

Zəlzələdən sonra Kahramanmaraşda inşa edilməyə başlanılan “Azərbaycan” yaşayış məhəlləsində işlər tamamlanıb.

2023-cü ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələdə zərər görən Kahramanmaraş şəhərində Azərbaycan tərəfindən inşa edilən yaşayış məhəlləsində işlər tamamlanıb.

 

Operativ Media xəbər verir ki, Türkiyənin Kahramanmaraş vilayətində inşa olunan “Azərbaycan” yaşayış məhəlləsinin ümumi sahəsi 32 hektar təşkil edir.

Layihəyə əsasən məhəllə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzindən ibarətdir. Yaşayış məhəlləsində 71 yaşayış binası var.Bu binalarda 2, 3 və 4 otaqlı 1323 mənzildən ibarətdir. “Azərbaycan” yaşayış məhəlləsində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi inşa olunub

 

Избранный
1
operativmedia.az

1Источники