Bakı. Trend:
Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə münasibətlərininkişaf etdirilməsi hər zaman önəmli yer tutur. Milli maraqlaraəsaslanaraq tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq prinsipi iləəlaqələrin qurulması dövlətimiz üçün prioritetdir. Ölkələrimizarasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin, imzalanansənədlərin böyük rolu var. Bu baxımdan İran Prezidenti MəsudPezeşkianın Azərbaycana səfəri ölkələrimiz arasında münasibətlərininkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan-İranmünasibətləri dərin tarixi köklərə əsaslanır. İqtisadi, ticari,elmi, mədəni əlaqələr tarix boyu Azərbaycan və İran xalqlarınıbirləşdirib. Qarşılıqlı hörmətə və dostluğa əsaslanan əlaqələrimizhəm ikitərəfli formatda, həm regional müstəvidə, həm də beynəlxalqtəşkilatlar çərçivəsində yüksələn xətlə inkişaf edir.
Dövlətlərimiz arasında münasibətlər birgə tarix, mədəniyyət,həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Xalqlarımızıntarixi və mədəni bağlılıqları iki dövlət arasında münasibətlərinbütün sahələr üzrə inkişafı üçün zəmin yaradır və bu gün ikitərəfliəlaqələrimiz ticarət-iqtisadi, enerji, energetika,nəqliyyat-logistika və digər sahələr üzrə inkişaf edir. Ümumilikdədövlətlərimiz arasında münasibətlər möhkəm təməllər üzərindəqurulub. 1969-cu ildə İranın Bakı şəhərində açılmış konsulluğu1992-ci ilin mart ayından İran İslam Respublikasının AzərbaycanRespublikasındakı səfirliyi kimi fəaliyyətini davam etdirir.1992-ci ilin dekabr ayında isə Azərbaycan Respublikasının İranİslam Respublikasında səfirliyi fəaliyyətə başlayıb. Bundan başqa,1992-cü ildə İranın Naxçıvanda Baş konsulluğu, 2004-cü ildə isəAzərbaycanın Təbrizdə Baş konsulluğu açılıb. Bütün bunlar hər ikiölkənin qarşılıqlı əlaqələrdə maraqlı olmasına sübutdur.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.
Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevləİran Prezidenti Məsud Pezeşkian arasında keçirilən görüşlər,imzalanan sənədlər iki ölkə arasında möhkəm təmələ əsaslananmünasibətlərin daha da inkişaf edəcəyini deməyə əsas verir.Ölkəmizin qonşu dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlarçərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir. Beynəlxalqbirliyin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi vəregional inkişaf layihələrində iştirak edir. “Bizim üçün isəcoğrafiya fürsət deməkdir. Əsrlər boyu birgə yaşayış və tərəfdaşlıqtarixinə malik qonşularımız ilə yaxşı münasibətlər sayəsində bizcoğrafi yerləşməmizi müsbət ssenariyə çevirə bilmişik. Bu gün bizüfüqlərimizi genişləndiririk” söyləyən dövlət başçısı İlham Əliyevbildirir ki, qitələrarası körpü olmağımız cəmiyyətimizininkişafında mühüm rol oynayır. Prezident İlham Əliyev mətbuatabəyanatında da qeyd etdi ki, İran Prezidentinin Azərbaycana rəsmisəfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür: “Bugün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çoxönəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik,Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Bizbütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizibildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəfAzərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır.İran Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bir çoxönəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsindəimzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onugöstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxınolmağa çalışırıq”.
Vüqar Rəhimzadə vurğulayıb ki, ölkələrimiz beynəlxalqtəşkilatlar çərçivəsində də bir-birini ənənəvi olaraqdəstəkləyirlər. Bu məsələ Azərbaycan və İran prezidentləriningörüşü zamanı da gündəmə gəldi. Azərbaycan Prezidenti vurğuladı ki,bu barədə də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıqçərçivələri müzakirə edildi. İstər BMT olsun, istər İslamƏməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlarçərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır.Azərbaycan və İran arasında bu cür münasibətlər həm regionaltəhlükəsizlik məsələləri, həm də çoxtərəfli əməkdaşlıq üçün münbitşərait var. Görüşlər zamanı Azərbaycan-İran arasında ticarətəlaqələrinin inkişafı ilə bağlı konkret göstərişlər verildi.
Milli Məclisin deputatı bildirib ki, Azərbaycan ilə İranarasında nəqliyyat sahəsindəki əməkdaşlıq əlaqələri xüsusi diqqətçəkir. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturunamilyardlarla dollar həcmində sərmayə yatırıb. Ölkəmiz AvrasiyanınŞərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşənnəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.Yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi dövlətimizinhəyata keçirdiyi iqtisadi siyasətin əsas tərkib hissəsidir.Azərbaycan və İran Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi kimibeynəlxalq mahiyyət daşıyan bir layihənin həyata keçirilməsində dəəməkdaşlıq edir. Asiya ilə Avropanı birləşdirən bu dəhlizə daxilolan avtomobil, dəmir yolları Azərbaycan və İran ərazisindən keçir.Bu isə İran ilə Azərbaycanın beynəlxalq yükdaşımalarda tranzitpotensialını və rolunu artırır. Şimal-Cənub layihəsi bu layihədəiştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək. Azərbaycanöz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımiinfrastruktur layihələrini həyata keçirib.
Vüqar Rəhimzadə belə bir ümumiləşdirmə aparıb ki, İran iləAzərbaycan arasında tarixi dostluq münasibətləri üzərindəformalaşmış əlaqələrin inkişafı ölkələrimiz və bölgənin ümumiinkişafı baxımından böyük önəm kəsb edir. Heydər Əliyev Mərkəzindəkeçirilən Azərbaycan-İran biznes-forumunda çıxışı zamanı Prezidentİlham Əliyev qeyd etdi ki, səfər zamanı əldə edilmiş razılaşmalar,imzalanmış sənədlər bir daha Azərbaycan-İran dostluğunu,qardaşlığını təsdiqləyir. Bir sözlə, bu rəsmi səfərin çox gözəlsiyasi nəticələri vardır. İmzalanmış sənədlər arasında xüsusiləprezidentlər tərəfindən imzalanmış Birgə Bəyannaməni qeyd etməklazımdır. Bu, çox ciddi və gələcək əməkdaşlıq üçün ölkələrimizə yolgöstərən sənəddir.
İki dövlət başçısının Bakıda keçirdiyi görüşlər, aparılandanışıqlar və imzalanan sənədlər bir daha əminlik yaradır ki,Azərbaycan-İran əlaqələri bundan sonra da yüksələn xətlə inkişafedəcək.