RU

Azərbaycan "Hotelstars" İttifaqında tamhüquqlu üzv statusunu əldə edib

Bakı.Trend:

Aprelin 28-də "Hotelstars" İttifaqının (HSU) Norveçin Osloşəhərində keçirilən 9-cu Baş Assambleyasında Azərbaycanıntamhüquqlu üzv statusu yekdilliklə təsdiqlənib.

Bu barədə Trend-ə Azərbaycan Dövlət Turizm Agentliyindən məlumatverilib.

Cənubi Qafqaz regionu üzrə ilk dəfə olaraq Azərbaycan tamhüquqluüzvlük statusu alaraq İttifaqın idarəedici strukturlarında təmsilolunmaq imkanı əldə edib.

Assambleyada çıxış edən Azərbaycan Turizm Bürosunun İdarəHeyətinin sədrinin müavini Rəşad Əliyev son illərdə ölkəmizdəhotelçilik sahəsində beynəlxalq keyfiyyət standartlarınınyüksəldilməsinin təşviq olunduğunu, hotellərin ulduzkateqoriyalarını müəyyən edən sertifikatlaşma orqanı tərəfindənindiyədək 263 hotelə müxtəlif ulduz dərəcələrinin verildiyini qeydedib. O, cari il ərzində Azərbaycanın regionları üzrə ulduztəsnifatı prosesinin aparılacağını və dövlət-özəl tərəfdaşlığınınbir istiqaməti kimi regionlarda yerləşən hotellərə birinci il üzrəsertifikat tarifinin tətbiq edilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Turizm Bürosu və Azərbaycan HotelAssosiasiyası arasında 2018-ci ildə imzalanan birgə fəaliyyətmüqaviləsinə əsasən mehmanxanaların ulduz kateqoriyaları"Hotelstars" İttifaqının təsnifat meyarları əsasında hazırlananMilli Ulduz Təsnifat Sistemi ilə müəyyənləşdirilir.

Избранный
3
9
az.trend.az

10Источники