Bakı. Trend:
Azərbaycanda səfərdə olan İtaliya parlamentinin Azərbaycanladostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti aprelin 29-daFəxri xiyabanı və Zəfər parkını ziyarət ediblər.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Fəxri xiyabanda nümayəndə heyəti xalqımızınÜmummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı vəqurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib,məzarı önünə gül dəstələri düzüb.
Səfər çərçivəsində İtaliyalı parlamentarilər Bakıda Zəfərparkına gələrək abidə önünə gül dəstələri düzüblər, Vətənmüharibəsində həlak olanların xatirəsini ehtiramla anıblar.Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyimisilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərinyaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsininəbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumatverilib.
Qonaqları Milli Məclisin deputatı, Azərbaycan-İtaliyaparlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimlivə digər rəsmi şəxslər müşayiət ediblər.