RU

Azərbaycan hökuməti və QHT-ləri ilə sıx əməkdaşlığa ümid bəsləyirik - Cibuti nümayəndəsi

Azərbaycan hökuməti və QHT-ləri ilə sıx əməkdaşlığa ümid bəsləyirik.

Bunu Cibuti prezidentinin əlillik məslələri üzrə müşaviri, Əllilliyi olan insanların işləri üzrə Milli Agentliyin baş direktoru Duale Səid Mahamud Qlobal Cənub QHT platformasının Bakıda keçirilən "Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi" mövzusunda təsis konfransında çıxışı zamanı deyib.

"Biz həm Azərbaycan hökuməti, həm də artıq bu təşəbbüsə qoşulmuş qeyri-hökumət təşkilatları ilə sıx və məhsuldar əməkdaşlığa ümid edirik.

Bu platforma ilə əlaqəli nə varsa, bütün iştirakçılar üçün böyük əhəmiyyət kəsb edir və biz şadıq ki, başladığı andan bu prosesin bir hissəsiyik", - deyə o bildirib.

O, beynəlxalq dəstəyin miqyasının ilhamverici olduğunu diqqətə çatdırıb. Prezident müşaviri siyasi dialoqun praktik mərhələyə - bir çox ölkənin cəlb olunduğu birgə layihələrə keçdiyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
0
1
olaylar.az

2Источники