RU

Vüqar Mustafayev Premyer Liqada 250-yə çatdı

“Sumqayıt”ın dayaq yarımmüdafiəçisi Vüqar Mustafayev futbol üzrə Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.

Arena.az xəbər verir ki, Azərbaycan milli komandasının da üzvü olan “Sumqayıt”ın kapitanının yubileyi Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün 32-ci turuna təsadüf edib.

O, “Neftçi” ilə ev matçına (2:2) start heyətində çıxıb. 31 yaşlı futbolçu 250 oyunda 2 qola imza atıb.

Vüqar Mustafayev Premyer Liqada 5 klubun formasını geyinib. O, “Bakı”da 16, “Simurq”da 12, “Qarabağ”da 8 (1 qol), “Zirə”də 77 (1 qol), “Sumqayıt”da 137 dəfə şans qazanıb. Mustafayev ölkə çempionatları tarixində 250 və ya daha çox oyun keçirən 77-ci futbolçudur.

Qeyd edək ki, Mustafayevin debütü 2013/2014-cü illər mövsümündə gerçəkləşib. Vüqar 2013-cü il noyabrın 22-də “Bakı” – “Xəzər Lənkəran” görüşündə (3:0) meydana çıxıb.

Избранный
1
16
arena.az

10Источники