RU

Avarçəkmə yenidən Qarabağda - Füzulidə!

28 aprel - 2 may tarixlərində Ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatası çərçivəsində Füzulidə yeni salınmış şəhərciyə köç edən sakinlər üçün xususi tədbir keçirilib.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AAF) mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, Köndələnçay su anbarında təşkil olunan tədbirdə Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana da iştirak edib.

Füzuli sakinləri Köndələnçayda maraqlı su şouları, avarçəkənlərin nümunəvi çıxışlarını izləyiblər. Həmçinin uşaq və yeniyetmələr üçün maraqlı viktorinalar, intellektual yarışmalar təşkil olunub, qonaqlara federasiya tərəfindən xatirə hədiyyələri təqdim edilib. Qarabağda ilk dəfə sakinlər üçün həvəskar avarçəkmə qayıqlarında özünü sınamaq imkanı yaradılıb.

Избранный
18
19
publika.az

10Источники