RU

Çin orbitə bir neçə peyk çıxarıb VİDEO

Pekin, 29 aprel, AZƏRTAC

Çin aprelin 29-da eyni daşıyıcı raketlə Yerin aşağı orbitinə bir neçə peyk göndərib.

AZƏRTAC xəbər verir ki, peykləri orbitə aparan “Long March-5B” daşıyıcı raketinin buraxılışı yerli vaxtla səhər saat 04:10-da (Bakı vaxtı ilə 00.10) Haynan əyalətindəki Vençan kosmodromunda həyata keçirilib. Raket peykləri planlaşdırılan orbitə çatdırıb. Bu, “Long March” seriyasından 573-cü raket buraxılışı olub.

Bu, internet əlaqəsini təmin edən 3-cü peyk qrupudur.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Избранный
0
2
azertag.az

3Источники