RU

Qlobal Cənub QHT Platformasının Təsis Forumunun ikinci günü başlayıb





Qlobal Cənub QHT Platformasının Təsis Forumunun ikinci günündə D-8 ölkələrini təmsil edən qeyri-hökumət təşkilatlarının Bakı görüşü keçirilir.

Newscenter.az xəbər verir ki, Milli Məclisin deputatı Pərvanə Vəliyevanın moderatorluğu ilə keçirilən görüşdə Qlobal Cənubu təmsil edən qeyri-hökumət qurumlarının rəhbərləri və nümayəndələri iştirak edir.

Qeyd edək ki, aprelin 28-də Bakıda təsis edilən Qlobal Cənub QHT Platforması dünya əhalisinin təqribən 80%-nin yaşadığı 116 ölkədən olan nüfuzlu QHT rəhbərlərini və vətəndaş cəmiyyəti təmsilçilərini özündə birləşdirir.

Konfrans Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə hesab olunur.

Mehman Mehdiyev
Избранный
1
9
newscenter.az

10Источники