RU

Azəriqaz daha bir məhkəməni uduzdu -57 min manatı geri qaytaracaq

Azəriqaz İstehsalat Birliyinə qarşı daha bir məhkəmə iddiası qurumun əleyhinə nəticələnib.

İddiaçı tərəf əsassız olaraq yazılmış, məlumatı olmadan ödədiyi 57 596 manatı geri istəyir.

Məlumata görə, iddiaçıya məxsus istixana 2017-ci il tarixdən təbii qazla təchiz edilir. İstifadə edilmiş qazın dəyəri daim vaxtlı-vaxtında ödənilib. 2018-ci ilin oktyabr ayında 15732,20 manat, noyabr ayında 25258,60 manat və dekabr ayında 16606 manat olmaqla ümumilikdə 57596,80 manat əsassız borc hesablanıb. Qaz sayğacı 2018-ci il tarixdə quraşdırılıb və təbii qazdan istifadəyə 2018-ci ilin dekabr ayından başlanıb. Buna baxmayaraq cavabdeh təşkilat iddiaçını qazdan istifadə etmədiyi halda aktlar əsasında borclar hesablanıb.

Yekunda məhkəmə əsassız olaraq hesablanmış borca görə ödənilən 57596,80 manat pulun qaytarılmasını Azəriqaz İB-yə həvalə edib.

©modern.az

Избранный
0
4
valyuta.az

5Источники