""Azəriqaz İB -nin yeni strukturunun ştat vahidləri düzgün tərtib olunmayıb"
Mia.az xəbər verir ki, bunu "Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib.
O bildirib ki, “Azəriqaz" İB-nin yeni strukturunda rayon qaz istismar xidmətlərində ştat sayının azaldılması və Regional qaz istismarı idrələrində ştatların coxaldılması addımı qeyri-peşakər addım hesab olunur:
MİRVARİ QƏHRƏMANLI
Məsələn:
Sual oluna bilər: Göyçay rayon sayğac əməliyyatlarına təyin olunan 11 ci dərəcəli mühəndis metrologiya üzrə il ərzində öz vəzifə öhdəliklərini icra edə bilərmi?
Bildiyimiz kimi il ərzində 2025-ci il üçün 1908 iş saatı nəzərdə tutulub 1 saat ərzində 3 sayğac əvəz edə bilsə buda il ərzində 5700 sayğac edir lakin mühəndis metrolqun işi təkcə sayğac əvəz etməkdən ibarət deyil, onun aşağıda göstərilən əmək funksuyası mövcuddur:
İndi gəlin Ağsu RQİİ də olan işçi sayına və Regiondan bir başa metroloqa göstəriş verənlərin sayına:
Bu ştat vahidlərini kim tərtib edib?
İndi gəlin araşdıraq: il ərzində 1908 saat iş saatı mövcuddur bununda 21 gün yəni 168 saat çilingər məzuniyyətdə olmağını nəzərə alsaq 1740 saat işləməliir. Belə olan halda gərək cilingər bir saata 6 abonentin qaz təsərrüfatina baxiş keçirməli, akt tərtib etməlidir. Təhsili olmayan, bir şəxs bu öhdəliyi yerinə yetirə biləcəkmi? Mümkün deyil. O cilingər sizi aldadacaq, nömrəli aktları çayxanalarda, parklarda yazib abonentin yerinə özü imza atacaq..."
Samir MUSAYEV
MİA.AZ