İspaniyada dünəndən bəri davam edən elektrik enerjisinin kəsilməsinin demək olar ki, tamamilə aradan qaldırıldığı bildirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
İspaniyanın elektrik şirkəti "Red Electrica" tərəfindən edilən açıqlamada, bütün transformator mərkəzlərinin işlək vəziyyətdə olduğu və təmir işlərinin davam etdiyi bildirilib.
Açıqlamada İspaniyanın elektrik ehtiyacının yüzdə 99,16-nın qarşılandığı, istehsalın 21 min 265 meqavat olduğu vurğulanıb.
Ölkədəki dəmir yolu əməliyyat şirkətləri tərəfindən edilən açıqlamada, şəhərətrafı qatarların yüzdə 50 ilə 60 arasında sıxlıqda işləməyə davam edəcəyi qeyd edilib.