RU

1600 qola çatan ikinci komanda – “Neftçi”

Azərbaycan Premyer Liqasının 32-ci turunda “Sumqayıt”la keçirilən oyun “Neftçi” üçün yubileylə yadda qalıb.

Msport.az xəbər verir ki, görüşdə komandaya 1 xal qazandıran qol həm də “ağ-qaralar”ın Azərbaycan çempionatlarında 1600-cü qolu olub.

Həmin topun müəllifi Andrey Ştoqrin olub. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. 1992-ci ildən bütün ölkə çempionatlarında iştirak edən “Neftçi” 1600 qola 957 matçda çatıb. Orta məhsuldarlıq 1,67-dir. Bakılılar evdə 923, səfərdə 657, neytral meydanda 20 qol vurub.

“Neftçi” turnir tarixində 1600 qola çatan ikinci komandadır. Bu baxımdan lider olan “Qarabağ”ın aktivində 1606 top var.

Qeyd edək ki, “Neftçi” çempionat tarixində ilk qolunu 1992-ci il mayın 8-də Sumqayıt təmsilçisi “Xəzər”ə vurub. Həmin qola Yunis Hüseynov imza atıb.

Избранный
3
msport.az

1Источники