RU

İcazəsiz Həcc ziyarətinə gələnlərə ağır cəza tətbiq olunacaq

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.

Yeni qaydalara görə icazəsiz Həcc ziyarətinə gələnləri təxminən 5 min dollar cərimə və 10 il ölkəyə giriş qadağasıgözləyir.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə sabahdan başlayacaq və 44 gün davam edəcək yeni qaydalara görə həcc icazəsi olmadan Məkkəyə və müqəddəs bölgələrə girməyə cəhd edənlər ağır cəzalara məruz qalacaq.

Onlara qarşı, 20 min riala qədər (təxminən 5 300 dollar) cərimə tətbiq olunacaq.

Избранный
1
23
azpost.info

10Источники