RU

Pezeşkiyanın Azərbaycana səfəri başa çatıb

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri başa çatıb.

Azərbaycanın paytaxtında o, Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparıb, onun iştirakı ilə Azərbaycan-İran biznes forumu da keçirilib.

Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İran prezidentini hava limanında Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər yola salıblar.

Xatırladaq ki, Məsud Pezeşkian Bakıya dünən gəlib. Onun rəsmi səfəri bir neçə gün davam etməli idi, lakin Bəndər-Abbas limanında baş vermiş güclü partlayış və yanğın səbəbindən yarımçıq qaldı. İran İslam Respublikasının prezidenti yaxın vaxtlarda Azərbaycana qayıdacağını açıqlayıb.

Almaz Həsənli

Избранный
0
oxumeni.az

1Источники