RU

Gəncədə iki nəfəri bıçaqlayan şəxs TUTULDU

Gəncədə 30 yaşlı kişini qətlə yetirən şəxs saxlanılıb.

Bizim.Media xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Eyyub Talıbova bıçaqla xəsarət yetirən 29 yaşlı Alim Quliyev saxlanılaraq istintaqa təhvil verilib.

Xatırladaq ki, dünən Gəncədə mübahisə qanla nəticələnib. Şəhərin Atatürk prospektində dava zamanı 1994-cü il təvəllüdlü Osman Nağıyev və 1995-ci il təvəllüdlü Eyyub Talıbov bədənlərinin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə  xəstəxanaya yerləşdiriliblər. 

Eyyub Tağıyev ürək nahiyəsindən bıçaqlanıb. O dərhal əməliyyata götürülüb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
 

Bizim.Media 

Избранный
1
5
bizim.media

7Источники