RU

Kanadada keçirilən parlament seçkilərində “Liberal Partiya” liderdir

Milli Seçki Komissiyasının bazar ertəsi dərc etdiyi ilk rəqəmlərə əsasən Kanadada keçirilən növbədənkənar ümumi seçkilərdə baş nazir Mark Karninin də təmsil olunduğu hakim “Liberal Partiya” liderlik edir.

“Report” xəbər verir ki, hazırda 343 seçki dairəsindən 15-də liberallar, 5-də isə ana müxalifətdə olan “Kanada Mühafizəkarlar Partiyası” qalib gəlir.

Digər partiyalar hələ bir mandat qazana bilməyib.

Qeyd edək ki, bazar ertəsi Kanadada İcmalar Palatasına (parlamentin aşağı palatası) 45-ci seçkilər keçirilir. Mübarizə 343 mandat uğrunda gedir və qalib çoxluq höküməti yaratmaq üçün 172 mandat almalıdır. Qalib partiyanın lideri ölkənin baş naziri olacaq.

Избранный
7
report.az

1Источники