...Xabarovskda naməlum şəxslər şəhər qəbiristanlığının ənənəvi olaraq müsəlmanların - ilk növbədə tatarların və başqırdların dəfn edildiyi 13-cü sektorda vandalizm aktı törədiblər
SİA-nın məlumatına görə, bu barədə Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi bildirib.Hücum edənlər Quran ayələri olan stendi dağıdıb və üzərində “Müsəlman sektoru 13” yazısı olan darvazasını söküblər. Qəbiristanlığın bu hissəsindən 20-ci əsrin ortalarından Xabarovsk müsəlman icması istifadə edir və indiyədək belə hadisələr qeydə alınmayıb.
Bundan əvvəl Xabarovskda daha bir səs-küylü insidentlə bağlı xəbərlər yayılmışdı və bu, müftiliyin narahatlığına səbəb olmuşdu.
Belə ki, yerli məscidəbasqın zamanı cümə namazı pozulmuşdu...
Əli Babayev