RU

Gəncədə dava ölümlə NƏTİCƏLƏNDİ

Gəncədə mübahisə qanla nəticələnib.

Bizim. Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Atatürk prospektində baş verib.

Dava zamanı 1994-cü il təvəllüdlü Osman Nağıyev və 1995-ci il təvəllüdlü Eyyub Talıbov bədənlərinin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Məlumata əsasən, onlardan biri, Eyyub Talıbov ürək nahiyəsindən bıçaqlanıb. O dərhal əməliyyata götürülüb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin necə və hansı şəraitdə baş verməsi ilə bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Избранный
2
bizim.media

1Источники