Bakı. Trend:
Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələrihəyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştirakadəvət edirik.
Trend xəbər verir ki, busözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilənAzərbaycan-İran biznes forumunda deyib.
“Dəmir yolları, avtomobil yolları, kommunikasiya xətləri,elektrik xətləri - bütün bu layihələr bizdə bu gün əsasgündəlikdədir”, - dövlətimizin başçısı vurğulayıb.