Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 28-də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin bir qrup qadın hərbi qulluqçusu Fəxri xiyabanı ziyarət edib.
Müdafiə Nazirliyinin AZƏRTAC-a verilən məlumata görə, Zərifə xanımın məzarı üzərinə əklil və gül dəstələri düzülərək xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.