“Partiya üzvü olmayanları, qohum və dostlarını xahiş-minnətlə ora toplayıb partiya adından qərar verə bilməzlər”.
“Onların evlərində verdikləri qərarın partiya həyatına nə dəxli var?!”
“Nizamnaməyə görə partiya üzvünü rayon təşkilatı üzvülükdən çıxara bilər”.
Mediada yayılan xəbərə görə, Ədalət Partiyası Ali Məclisinin iclası keçirilib. Məlumata görə, partiya sədrinin səlahiyyətlərini icra edən, Ali Məclisin sədri Meydan Babayev gündəlikdə olan məsələləri elan etdikdən sonra qurultayın vaxtının və nümayəndəlik normasının müəyyənləşdirilməsi, qurultayın keçirilməsi üçün Təşkilat Komitəsinin yaradılması, partiya daxilində yaranmış vəziyyət və gələcək hədəflərdən bəhs edib. İclasda son vaxtlarda partiya daxilində yaranmış vəziyyətdə müzakirə olunub. Həmçinin, Siyasi Şurada partiya sədrinin müavini Mütəllim Rəhimli Ədalət Partiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul olunub. Yayılan xəbərlə bağlı Sherg.az-a danışan Mütəllim Rəhimli sözügedən yığıncağın partiya ilə heç bir əlaqəsinin olmadığını deyib. Partiya rəsmisinin sözlərinə görə, Ədalət Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) bir qrup şəxsin toplantı keçirməsi ilə bağlı məsələni araşdıraraq qərar qəbul edib:
“Ədalət Partiyası aprelin 19-da Ali Məclisin iclasını keçirib və müvafiq qərarlar qəbul edib. Bir neçə şəxsin yenidən Ali Məclisin iclasını keçirmək səlahiyyəti yoxdur. Çünki Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb və bütün səlahiyyətlər də Təşkilat Komitəsinə keçib. Mən Ədalət Partiyasının yaradıcılarından biri olmuşam. Onlar məni üzvülükdən çıxara bilməzlər. Həm də ki, partiya üzvü olmayanları, qohum və dostlarını xahiş-minnətlə ora toplayıb partiya adından qərar verə bilməzlər. Bu, özfəaliyyətdir. Onların evlərində verdikləri qərarın partiya həyatına nə dəxli var?! Soruşuram, orada rayon təşkilatlarının nümayəndələri iştirak etmədiyi halda necə qərar vermək olar və yaxud bu yığıncağın adı nə olacaq? Siyasi Şura olmadığı halda o necə qərar verir? Həm də Nizamnaməyə görə partiya üzvünü rayon təşkilatı üzvülükdən çıxara bilər. Rayon Təşkilatının isə belə bir qərarı yoxdur. Rayon təşkilatlarının təmsilçilərinin iştirakı ilə Ali Məclis keçirilib və onun qərarları da yerinə yetirilir”.
10Источники
-
nocomment.azMütəllim Rəhimli Ədalət Partiyasından xaric edildi ( 16837971)
-
demokrat.azMütəllim Rəhimli: “Məni üzvülükdən çıxara bilməzlər” ( 16834181)
-
aznews.azMütəllim Rəhimli: “Məni üzvülükdən çıxara bilməzlər” ( 16832919)
-
Reportyor.tvSON DƏQİQƏ! Mütəllim Rəhimli Ədalət Partiyasından çıxarılmasından danışdı ( 16831559)
-
tribunainfo.azMütəllim Rəhimli Ədalət Partiyasından xaric edildi ( 16831231)
-
referans.azSON DƏQİQƏ! Mütəllim Rəhimli Ədalət Partiyasından çıxarılmasından danışdı ( 16830709)
-
sitat.infoSON DƏQİQƏ! Mütəllim Rəhimli Ədalət Partiyasından çıxarılmasından danışdı ( 16829365)
-
bizim.mediaƏdalət Partiyasında nə baş verir? - “Məni üzvlükdən çıxara bilməzlər” ( 16828565)
-
veteninfo.azSON DƏQİQƏ! Mütəllim Rəhimli Ədalət Partiyasından çıxarılmasından danışdı ( 16828377)
-
qafqazinfo.azƏdalət Partiyasında nə baş verir? - “Məni üzvlükdən çıxara bilməzlər” ( 16828341)