RU

Rusiya Qırğızstana S-300 zenit-raket kompleksləri verib

Qırğızıstan Rusiyadan S-300 zenit-raket kompleksləri alıb.

Editor.az xəbər verir ki, bu barədə Respublika Təhlükəsizlik Şurasının katibi Marat İmankulov bildirib. Bu məlumatı Qırğızıstan Müdafiə Nazirliyi də təsdiqləyib. İmankulovun sözlərinə görə, alınan S-300-lər vahid regional hava hücumundan müdafiə sisteminin elementləridir, yaradılması haqqında saziş 2023-cü ildə qüvvəyə minib.

Qırğızıstan tərəfinin ümumilikdə neçə kompleks alması göstərilmir.

Hava hücumundan müdafiə sistemlərinin tədarükü 2021-ci ildə Qırğızıstan prezidenti Sadır Japarovun Rusiyaya səfəri zamanı razılaşdırılıb. İkitərəfli razılaşmaya əsasən, Rusiya vahid hava hücumundan müdafiə sisteminin kollektiv təhlükəsizlik zonasında hərəkətlərini əlaqələndirir, Qırğızıstan isə bu hərəkətləri idarə edir. Qoşunların və texnikanın yerləşdirilməsi üçün respublika Bişkekdən 20 km aralıda yerləşən Rusiyanın Kant hərbi bazasının yanından 5 hektar torpaq sahəsi ayırıb.

Ötən həftə Qırğızıstan Müdafiə Nazirliyi Rusiyadan alınan S-300-lərin, həmçinin “Tor” və “Peçora” hava hücumundan müdafiə sistemlərinin ilk dəfə olaraq 8 May Qələbə Günü şərəfinə Bişkekdə keçiriləcək hərbi paradda iştirak edəcəyini açıqlamışdı.

//Samir Qurbanov Editor.az

Избранный
5
1
editor.az

2Источники