RU

Azərsun Kağız Karton İstehsalat Korporasiyasına mediatur

Azərsun Kağız Karton İstehsalat Korporasiyasının nəzdində fəaliyyət göstərən Təmizlik Vasitələri fabrikində jurnalistlər üçün görüş təşkil edilib.

Publika.az xəbər verir ki, görüş çərçivəsində media nümayəndələrinə fabrikin istehsal prosesi ilə yaxından tanış olmaq imkanı yaradılıb. Eyni zamanda, istehsal olunan markalar və bu məhsulların keyfiyyət standartları barədə geniş məlumat verilib.

2022-ci ildən fəaliyyətə başlayan müəssisənin çox qısa müddət ərzində Azərbaycanda təmizlik vasitələri sahəsində aparıcı mövqeyə yüksəldiyi vurğulanıb. Hazırda fabrikin illik istehsal gücü 22 min ton təşkil edir və bu məhsullar istehlakçılar tərəfindən yüksək qiymətləndirilir.

Fabrikin müasir texnologiyalarla təchiz olunmuş istehsal xəttində İtaliya və Türkiyədən gətirilmiş ən qabaqcıl avadanlıqlardan istifadə olunur. Müəssisənin laboratoriyasında bütün məhsullar keyfiyyət nəzarətindən keçir. Bu, istehsal olunan məhsulların yüksək standartlara cavab verməsinə və müştəri məmnuniyyətini təmin etməsinə zəmin yaradır.

Eyni zamanda təmizlik məhsullarının seçilməsində dayanıqlılıq və ətraf mühitə təsir amillərinə xüsusi diqqət edilir. Dayanıqlı məhsullar yenidən emal oluna bilən materiallardan hazırlanır və tərkibində ətraf mühitə zərər verə biləcək kimyəvi maddələr minimuma endirilir. Ekoloji cəhətdən təmiz məhsullar təbiətə zərər vermədən parçalanır və su hövzələrini çirkləndirmir. Bu cür məhsullar həm ev təsərrüfatlarında təhlükəsiz istifadə imkanı yaradır, həm də ekosistemin qorunmasına töhfə verir. Heyvanlar üzərində test olunmayan bu cür məhsullar həm canlıların, həm də ölkəmizin rifahını nəzərə alan məsuliyyətli istehlak nümunəsidir.

Избранный
0
13
publika.az

10Источники