RU

Pezeşkianın səfəri böyük siyasi hadisədir

Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Xalqcəbhəsi.az-a müsahibə verib.

Publika.az həmin müsahibəni təqdim edir:

- Qüdrət bəy, Pezeşkianın Bakıya səfəri öncəsi İran Ədliyyə Orqanı açıqladı ki, Azərbaycan səfirliyinə hücum etmiş qatilin edam olunması üçün hazırlıq işləri başa çatıb. İndiyə kimi edamın həyata keçirilməməsi zərəçəkmiş tərəfin bunun üçün rəsmən müraciət etməməsi olub. Bu məsələni şərh etmənizi istərdik...

- Öncə onu söyləyim ki, əgər biz bir xalq və dövlət olaraq ölüm hökmündən imtina etmişiksə, başqa dövlətdən bunu tələb etmək elan etdiyimiz dəyərlərə sadiq olmamağımız kimi qiymətləndirilə bilər. İkincisi, zərərçəkmiş şəxslər də bunda maraqlı olmamalıdırlar. Cinayət hadisəsinin necə baş verməsini əks etdirən video kadrlardan görsənir ki, polis cinayətin baş verməsinin qarşısını almır. Düşünmürəm ki, bu iş üzrə ədalətli və obyektiv araşdırma aparılıb. Ona görə onun öldürülməsi gələcəkdə həqiqətin üzə çıxarılmasını çətinləşdirəcək.

Избранный
2
9
publika.az

10Источники