RU

10 ildə 1 milyon ağac əkilməsi aksiyası - “TuranBank” da iştirak etdi - Fotolar

Ölkənin aparıcı banklarından biri olan “TuranBank” Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə təşkil edilən ağacəkmə aksiyasına qoşulub.

Mərkəzi Bank, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə artıq 3 ildir təşkil edilən genişmiqyaslı ağacəkmə aksiyasında assosiasiyaların məsul şəxləri və üzv təşkilatların 250-yə yaxın nümayəndəsi iştirak edib.

Ölkədə meşə fondunun bərpası və yaşıllıqların salınması məqsədilə Abşeron rayonu Müşfiqabad qəsəbəsində 50 hektar ərazidə 30 mindən yuxarı iqlimə uyğun müxtəlif növ ağacların əkilməsi və suvarma sisteminin qurulması nəzərdə tutulub. Aksiya zamanı 1 hektar ərazidə 625 ədəd Eldar şamı və zeytun ağacları iştirakçılar tərəfindən əkilib.

Bu aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası (AzFina) arasında 13 mart 2023-cü il tarixində “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibətilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində həyata keçirilir.

Memorandumun məqsədi tərəflərin iştirakı ilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1000000 ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsindən ibarətdir.

Qeyd edək ki, “TuranBank” ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə planetimizin mühafizəsi üçün mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak edəcək.

TuranBank

Bizimlə etibarlıdır…









Избранный
0
9
qafqazinfo.az

9Источники