RU

İRANDAKI PARTLAYIŞIN GİZLİNLƏRİ: hədəf niyə seçildi? - TƏHLİL

Məlum olduğu kimi, aprelin 26-da İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında partlayış olub.

O zaman sual yaranır: Təxribatı İsrail təşkil edibsə və Netanyahu son açıqlamalarında İranın nüvə reaktorlarının və zənginləşdirmə obyektlərinin məhv edilməsinin vacibliyini qeyd edirsə, o zaman niyə hədəf kimi Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanı seçildi?

Birincisi, bu bir xəbərdarlıq və ciddiyyət göstəricisi ola bilər. Dediyim kimi, hadisənin Netanyahunun İranı hədələyən sonuncu açıqlamaları fonunda baş verməsi bu versiyanı gücləndirir. Bu təxribatla Netanyahu növbəti hədəfin İranın nüvə obyektləri olduğu mesajını verə bilər.

İkincisi, İsrail bu yolla hüquqi zəmin yaratmaq istəmiş ola bilər. Benyamin Netanyahu İranın nüvə reaktorlarının məhv edilməsinin vacibliyini qeyd etsə də, bu, asan deyil. Məsələn, BMT Nüvə Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi belə hücumların beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb. ABŞ rəsmiləri də nüvə obyektlərinə hücumların bölgədə tammiqyaslı müharibəyə səbəb ola biləcəyini deyiblər. Lakin hər şeydən öncə ABŞ Prezidenti Donald Tramp İranla nüvə razılaşması əldə etməyə çalışır, bu da hərbi əməliyyatların qarşısını almağa yönəlmiş yanaşmadır. Yəni belə bir zamanda İsrail İranın nüvə obyektlərini vura bilməz.

İran tərəfi baş verən hadisəni qəza kimi təqdim edir. Lakin İran parlamentinin nümayəndəsi Məhəmməd Sərac deyib ki, Bəndər Abbas partlayışında İsrailin əli var və bunu dəlillər göstərir. Halbuki normalda İranda ciddi kampaniya başlamalı, dövlət hamılıqla İsraili ittiham etməli idi. Təkcə İranın bu yanaşması belə hadisənin Təl-Əviv tərəfindən təşkil olunma versiyasını gücləndirir.

Əvvəldə dediyim kimi, İsraillə İran arasında gərginlik artır. Təl-Əviv İranı həm küncə sıxışdırır, həm də təxribata çəkməyə çalışır. Məqsəd İranın nüvə obyektlərini sıradan çıxarmaq və mümkün olduğu təqdirdə, bu ölkəyə qarşı beynəlxalq müdaxiləni təmin etməkdir. İsrail artıq anlayır ki, İrandakı rejim dəyişmədikcə və bu ölkə parçalanmadıqca Təl-əviv regionda maraqlarını təmin edə bilməyəcək. Bundan başqa, İsrail bunu həm də dövlət təhlükəsizliyi üçün həyati əhəmiyyət sayır.

Turan Rzayev

MİA.AZ

Избранный
32
4
mia.az

4Источники