Olaylar.az xəbər verir ki, bu barədə o, "Ukrayinska Pravda" nəşrinə verdiyi müsahibədə danışıb. Müsahibəsində deputat Rusiyada yeni terror aktları törədiləcəyi ilə də hədələyib. Onun sözlərinə görə, "hətta müharibənin dayandırılması halında belə, xüsusi xidmət orqanlarının işi yeni başlayacaq".
25 aprel tarixində baş vermiş terror aktında şübhəli bilinən şəxs ertəsi gün saxlanılıb. İstintaqın məlumatına görə, şübhəli şəxs Ukraynada yaşayış icazəsi olan və Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən ələ alınmış İqnat Kuzin olub. Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205, 222.1 və 223.1-ci maddələri (terror aktı, partlayıcı maddə və qurğuların qanunsuz dövriyyəsi və hazırlanması) üzrə ittiham irəli sürülüb. Kuzin özünü tam təqsirli bilib və bildirmişdir ki, terror aktına görə ona 18 min dollar vəd olunmuşdu.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта