RU

Bayden-Tramp administrasiyalarının fərqi: Lavrov açıqladı

ABŞ prezidenti Donald Trampın komandası keçmiş ABŞ lideri Co Bayden administrasiyasından fərqli olaraq Ukrayna münaqişəsinin səbəblərini anlamağa çalışır.

Publika.az xəbər verir ki, bunu Braziliyanın “O Globo” nəşrinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Kiyevi ölümcül silahlarla təmin edən və Ukraynanı fəal şəkildə NATO-ya cəlb edən Co Bayden administrasiyasından fərqli olaraq, hazırkı Amerika administrasiyası böhranın əsas səbəblərini anlamağa çalışır", - deyə Rusiya XİN rəhbəri qeyd edib.

Lavrovun sözlərinə görə, hazırkı Amerika hakimiyyətinin Ukrayna məsələsinə yanaşması “müəyyən nikbinliyə əsas verir”. Nazir Trampın bəyanatlarını xatırladıb və bildirib ki, Bayden administrasiyası Ukraynanı NATO-ya “sürükləməsəydi”, münaqişə başlamazdı.

Избранный
13
publika.az

1Источники