RU

Pezeşkianın səfəri bir sıra məsələlərlə bağlı ortaq mövqeyə gəlməyə töhfəsini verəcək



"Prezident Pezeşkianın ölkəmizə səfəri Azərbaycan-İran arasında müxtəlif məsələlərə dair fikir ayrılıqlarının müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Təəssüf hissi ilə qeyd edim ki, iki ölkə arasında münasibətlər heç də həmişə arzuolunan səviyyədə olmur".

Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə Məsud Pezeşkianın Azərbaycana səfərini şərh edərkən səsləndirib. O deyib ki, İranda hakim rejimin, ayrı-ayrı rəsmilərin və media qruplarının zaman-zaman anti Azərbaycan mövqeyindən çıxış etdiyi, ölkəmizi hədəf alan bəyanatlar sələndirdiyi bir həqiqətdir:

"Biz Azərbaycan olaraq hər zaman 40 milyona yaxın soydaşımızın yaşadığı İranla əlaqələrin inkişafında maraqlı olmuşuq. Amma bir çox hallarda İran tərəfdən buna adekvat münasibət sərgilənmədiyi məlum həqiqətdir. Mən indiki mərhələdə, yəni İran prezidentinin səfəri zamanı rəsmi Tehranın Ermənistana və zamanında separatçılara verdiyi dəstək və s. məsələlərlə bağlı danışmaq istəmirəm.

İndi bizim üçün ən vacib olan İranın səmimi olaraq Azərbaycanla əlaqələri inkişaf etdirməkdə nə qədər maraqlı olması ilə bağlıdır. İrandan gələn nümayəndə heyətinin tərkibinə baxdıqda o qənaətə gəlmək olar ki, müzakirələr və danışıqlar əsasən ticari-iqtisadi münasibətlərin inkişaf etdirilməsi ilə bağlı olacaq. Təbii ki, qapalı görüşdə İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi və iki ölkə arasında problemli hesab edilən digər məsələlərin də müzakirəsi gözləniləndir".

Politoloq hesab edir ki, istənilən halda bu səfər gözlənilən və arzuolunan səfər idi:

"Nəhayət ki, baş tutması da müsbət haldır. Düşünürəm ki, Pezeşkianın səfəri bir sıra məsələlərlə bağlı ortaq mövqeyə gəlməyə və Azərbaycan-İran münasibətlərinin inkişafında ortada olan əngəllərin aradan qaldırılmasına öz müsbət töhfəsini verəcək".

Süleyman
Избранный
11
newscenter.az

1Источники