RU

"Qarabağ"dan rəsmi açıqlama: Paltardəyişmə otağında təkcə Bəhlulla bu hal yaşanmayıb

BAKI, 28 aprel. TELEQRAF

“Həmin ana qədər Qurban Qurbanov Bəhlul Mustafazadə ilə meydançada qucaqlaşmışdı”.

Bu sözləri Teleqraf-a açıqlamasında “Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib.

Klub rəsmisi Qurban Qurbanovun Azərbaycan Premyer Liqasının XXXII turunda səfərdə “Sabah”la 1:1 hesablı heç-heçə etdikdın sonra “Qarabağ”ın çempionluğu rəsmiləşdirməsi münasibətilə paltardəyişmə otağında futbolçularla bir-bir görüşsə də, Bəhlul Mustafazadəyə əl uzatmamasında ciddi heç bir səbəbin olmadığını deyib.

O, oyundan sonra meydançada olarkən 53 yaşlı mütəxəssisin Azərbaycan millisinin futbolçusu ilə də təbrikləşdiyini vurğulayıb: “Futbolçularla görüşdüyü məqamda Bəhlul əlinin sarğısını sökməklə məşğul idi. Qurban müəllim də onu ötüb keçir. Paltardəyişmə otağında təkcə Bəhlulla bu hal yaşanmayıb. Yəni meydançada təbrikləşdiyi işçi heyətindən də adamlar olub. Onlarla da xüsusi görüşməyib. Amma ümumi məndən tutmuş hamı ilə təbrikləşib, hər kəsi təbrik edib”.

Hacıyev klubun daxilində münasibətlərin pozulmasına dair iddiaların həqiqəti əks etdirmədiyini də qeyd edib: “Hər hansı narahat durum yoxdur. Klub daxilində hər şey normaldır. Qurban Qurbanov və futbolçular arasında qarşılıqlı hörmət vəı inam var. Hər zaman da bu amil klubumuzun əsas özəlliklərindən biriduir. Burada hər hansısa futbolçu ilə ictimaiyyət tərəfindən narahatlıqla qarşılana biləcək münasibət yoxdur”.

Qeyd edək ki, Bəhlul Mustafazadə 2021-ci ildən “Qarabağ”ın şərəfini qoruyur. Millinin müdafiəçisinin Ağdam təmsilçisi müqaviləsi 2027-ci ilə qədərdir.

Избранный
2
teleqraf.com

1Источники