RU

Lavrov və Rubio Ukrayna üzrə danışıqlar üçün zəmin yaratmağın vacibliyini bəyan ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio dünən baş tutan telefon danışığı zamanı Ukraynada sülhə aparan yolun razılaşdırılması məqsədilə danışıqlara başlamaq üçün ilkin şərtlərin konsolidə edilməsinin vacibliyini vurğulayıblar.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə XİN-in bu gün yaydığı məlumatda bildirilib.

"Son vaxtlar xeyli fəallaşan Rusiya-ABŞ siyasi dialoqunun əsas aspektləri üzrə məhsuldar fikir mübadiləsi davam etdirilib. Əsas diqqət Ukrayna böhranı mövzusuna yönəldilib", - məlumatda qeyd olunub.

Həmçinin bir sıra digər beynəlxalq məsələlərə də toxunulub.

"Bütün səviyyələrdə əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olunub", - məlumatda bildirilib.

Избранный
3
report.az

1Источники