RU

Süni intellektin tətbiqini genişləndirməyə daha cəsarətli yanaşın - Nazir müavinindən özəl sektor nümayəndələrinə çağırış

Bakı. Trend:

Buradan özəl sektor nümayəndələrinə çağırış etmək istərdim.Xidmət səviyyəsinin və əməliyyat səmərəliliyinin artırılmasıməqsədilə süni intellektin tətbiqini genişləndirməyə daha cəsarətləyanaşın.

Trend xəbərverir ki, bu sözləri Ümumdünya Əməyin Mühafizəsi Günü və ilkkollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma vəsüni intellektin iş yerlərinə təsiri" konfransında iqtisadiyyatnazirinin birinci müavini Elnur Əliyev deyib.

"Dövlət olaraq bu istiqamətdə sizi təşviq edəcək stimullaşdırıcıtəşəbbüsləri dinləməyə və birlikdə işləməyə tam hazırıq.

Qarşımızda duran yeni çağırışlar fonunda rəqabətqabiliyyətliiqtisadiyyat yalnız texnologiyaya çevik uyğunlaşma və innovasiyaaçıq yanaşma ilə mümkündür. Bu baxımdan, həm dövlət, həm özəlsektor səviyyəsində rəqəmsal həllər və innovativ texnologiyalarayönəlmiş investisiyaların həcmi və təsir dairəsiartırılmalıdır.

Bu, təkcə texnoloji modernizasiya deyil, eyni zamanda yeni işyerlərinin yaradılması, məhsuldarlığın artırılması və dayanıqlıinkişaf üçün əsas vasitədir".

Избранный
0
az.trend.az

1Источники