RU

Azərbaycanda əmək müqavilələrinin sayı açıqlandı

BAKI, 28 aprel. TELEQRAF

2025-ci il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında əmək müqavilələrinin ümumi sayı təxminən 1,9 milyon nəfər nəfər təşkil edib.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

M. Musayev bildirib ki, onlardan 900 min nəfəri dövlət sektorunda, 1.0 milyon nəfəri isə özəl sektorda fəaliyyət göstərir:

“Martın 1-i ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2% artaraq 1043,6 manat təşkil edib”.

“Bu gün Azərbaycan iqtisadiyyatı modernləşmə, rəqabətədavamlılıq və innovativ yanaşmalarla yeni mərhələyə qədəm qoyub. Müasir biznes mərkəzləri, sənaye zonaları və texnoparkların inkişafı ilə paralel olaraq, insan kapitalı, kadr potensialı və əmək resurslarının səmərəli idarə olunması məsələləri ön plana çıxır”, - deyə o qeyd edib.

Избранный
0
10
teleqraf.com

10Источники