RU

Azərbaycan yüksək gəlirlilik səviyyəsi olan ölkəyə çevrilmək hədəfinə doğru irəliləyir - Asiya İnkişaf Bankı

Bakı. Trend:

Azərbaycan yüksək gəlirlilik səviyyəsi olan ölkəyə çevrilməkhədəfinə doğru irəliləyir.

Trend xəbər verirki, bu barədə Asiya İnkişaf Bankının hesabatında söz açılır.

“Qeyri-xammal sektorun 6,2 faiz və neft-qaz sektorunda 0,3 faizartım nəticəsində iqtisadi artım 2023-cü ildəki 1,1 faizdən 2024-cüildə 4,1 faizə yüksəlib. Bununla belə, ölkənin iqtisadiyyatı vəillik büdcəsi hələ də böyük ölçüdə karbohidrogen gəlirlərindənasılıdır. Dünyada neftə olan tələbin azalacağı gözlənildiyindən,Azərbaycanın qarşısında qeyri-neft sektorlarının inkişafınısürətləndirmək və xüsusilə ölkənin inkişaf etməkdə olanbölgələrində gənclər üçün daha çox iş yerləri yaratmaq vəzifəsidurur”, – deyə Bankın yenilənmiş hesabatında qeyd olunur.

Hesabatda qeyd olunur ki, Azərbaycan hökuməti gələcək artım vəinkişaf üçün öz baxışını “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafadair milli prioritetlər” adlı onillik inkişaf strategiyasındamüəyyən edib. Strategiya inklüziv cəmiyyət qurmaq, insan kapitalınıinkişaf etdirmək və infrastruktur sahəsinə investisiyalar yatırmaqyolu ilə şaxələndirilmiş, dayanıqlı və rəqabətədavamlı iqtisadiyyatformalaşdırılmasına yönəlib.

“Asiya İnkişaf Bankının “Azərbaycan 2030”u dəstəkləyənfəaliyyəti 2019–2023-cü illəri əhatə edən (və 2024-cü ilədəkuzadılmış) ölkə üzrə tərəfdaşlıq strategiyasına uyğun şəkildəhəyata keçirilir və ölkənin əsas iqtisadi sahələri üzrə stratejiyol xəritələri ilə uzlaşdırılıb. Xüsusilə AİB bərpa olunan enerji,logistika, ticarət, turizm və kənd təsərrüfatı kimi alternativartım mənbələrinin inkişafı üzərində işləyir”, – hesabatda qeydolunub.

Məqalədə:
Избранный
2
az.trend.az

1Источники