Yaradılan yeni platforma Qlobal Cənubun ədalətsizliyə qarşı mübarizəsini zəruri edir.
"Report" xəbər verir ki, bunu Braziliya Beynəlxalq Münasibətlər Elmi-Tədqiqat İnstitutunun direktoru Almir Lima Nascimento Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransında deyib.
Nümayəndə platformanın vacib regional və qlobal çətinlikləri qlobal təşəbbüslərlə həll yoluna aparacağına inandığını qeyd edib:
"Bu platformanın bu gün işə başlaması bizim üçün çox aktual və vacibdir. Hazırsa sosial və iqtisadi sahədə bir çox problemlərlə üz-üzəyik. Bu yeni platforma Qlobal Cənub çərçivəsində vahid bir cəbhə olaraq ədalətsizliyə, yoxsulluğa, bərabərsizliyə qarşı mübarizəni vacib edir".
O təmsil olunan nümayəndələr və ölkələrin Qlobal Cənub QHT Platformasında baş tutan müzakirələrdən faydalanmalı və nəticə çıxarmalı olduqlarını da vurğulayıb.