BAKI, 28 aprel. TELEQRAF
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Zərifə Əliyeva” gəmi-bərəsi ilə istismara verildiyi ildən bugünədək 17 908 yük avtomobili daşınıb.
ASCO-dan Teleqraf-a verilən məlumata görə bu müddət ərzində bu gəmi-bərə ilə 337 vaqon, 2 094 minik avtomobili və 16 970 sərnişin daşınıb.
Qeyd edək ki, bu gün “RoPax” tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsindən 3 il ötür. Gəmi görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın adını daşıyır və onun doğum günü – 2022-ci il aprelin 28-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.