Bakıda avtomobil idarətmədən çıxaraq idman zalına girib. Bolgə.TV xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb. 2000-ci il təvəllüdlü Orxan Qurbanovun idarə etdiyi "Azsamand" markalı avtomobil idman zalının içinə daxil olub. Sürücü aldığı xəsarətdən hadisə yerində ölüb.