RU

Şimali Koreyadan Ukrayna etirafı: Qələbə qazandıq

BAKI, 28 aprel. TELEQRAF

Şimali Koreya ilk dəfə olaraq öz qoşunlarının Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirakını rəsmən təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” informasiya agentliyi Şimali Koreyanın dövlət agentliyinə istinadla məlumat yayıb.

Məlumatda qeyd olunur ki, hərbi qüvvələrin Kursk vilayətində yerləşdirilməsi Pxenyanla Moskva arasında qarşılıqlı müdafiə müqaviləsinə uyğun olaraq baş tutub.

Qoşunların yerləşdirilməsi əmrini Şimali Koreya lideri Kim Çen In verib.

“Ukrayna hakimiyyətinin Rusiya Federasiyasında avantürist işğalını dəf etmək üçün Kursk vilayətinin azad edilməsi əməliyyatları qələbə ilə başa çatıb”, - Şimali Koreya agentliyinin məlumatında deyilir.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov aprelin 26-da ilk dəfə olaraq Şimali Koreya hərbçilərinin Ukraynaya qarşı əməliyyatlarda iştirakını rəsmən etiraf edib.

Избранный
5
teleqraf.com

1Источники