RU

Lavrov: AES ABŞ-nın nəzarətinə verməyəcəyik

Lavrov:

“Zaporojest Atom Elektrik Stansiyası (AES) etibarlı əllərdədir".

Reyting.az
xəbər verir ki, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov CBS telekanalına müsahibəsində bildirib.

Lavrov deyib ki, Rusiya Federasiyası Zaporojest AES-i ABŞ-nın nəzarətinə verməyəcək: "Rusiya ABŞ-dan Zaporojest AES-ə nəzarəti təhvil vermək barədə təklif almayıb, hətta belə təklifi olarsa, Rusiya nəzarəti ötürməyin mümkün olmadığını izah edəcək".

Lavrov əlavə edib ki, Zaporojest AES-in rəhbərliyi Rusiyanın "Rosatom" dövlət korporasiyasının yurisdiksiyasının, MAQATE əməkdaşlarının nəzarətindədir. Onlar daim ərazidə olur və monitorinqlər aparırlar.

Lavrov Ukraynanı "stansiyaya davamlı hücumda və nüvə fəlakəti yaratmaq cəhdlərində" də ittiham edib.

Oqtay QORÇU
Избранный
13
reyting.az

1Источники