RU

İranda dəhşətli partlayış - ölənlərin sayı 40-a çatdı, 1242 yaralı var

26 apreldə İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında partlayış nəticəsində xəsarət alanların sayı 1 242 nəfərə yüksəlib...

Poliqon Trend-ə istinadən xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sözçüsü Muctaba Xaledi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, Qırmızı Aypara Cəmiyyətinin xilasediciləri partlayış baş verən ərazidə axtarış-xilasetmə əməliyyatını davam etdirir.

Qeyd edək ki, 26 aprel günorta saatlarında İranın Şəhid Rəcai limanında güclü partlayış baş verib. Partlayış nəticəsində indiyədək 40 nəfərin öldüyü, 6 nəfərin itkin düşdüyü bildirilir. Partlayışdan sonra baş verən yanğın böyük ərazini bürüyüb. Hələlik partlayışın səbəbi haqda rəsmi açıqlama verilməyib.

Əlavə edək ki, Şəhid Rəcai limanı 2,4 min hektar ərazidə yerləşir. Bu limanda ildə 70 milyon ton yük yüklənib-boşaldıla bilər.

Poliqon.info 

Избранный
26
8
poliqon.info

9Источники