RU

“Neftçi” “Sumqayıt”la matça 5 itki ilə çıxacaq

“Neftçi” futbol üzrə Azərbaycan Premyer Liqasının 32-ci turunda qarşılaşacağı “Sumqayıt”la matçın hazırlığını yekunlaşdırıb.

Arena.az xəbər verir ki, komanda üzvləri bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

Paytaxt təmsilçisi qarşıdakı oyuna 5 itki ilə çıxacaq. Belə ki, futbolçulardan Emil Səfərov, Robert Bauer, Rafael Quzzo, Ryonosuke Ohori və Emin Mahmudov zədə səbəbindən qarşıdakı görüşü buraxacaqlar.

Qeyd edək ki, bu oyun aprelin 28-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Qarşılaşmaya saat 20:00-da start veriləcək.

Избранный
9
7
arena.az

10Источники