Cənubi Koreya çempionatında X turun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” evdə “Qanqvon”la qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matça start heyətində başlayan Krivotsyuk sona qədər meydanda olub.
Aktivində 23 xalı olan “Daejeon” turnir cədvəlinə liderlik edir.