RU

“Milan”dan hücumçusu ilə bağlı QƏRAR

“Milan” futbolçusu Samuel Çukvueze ilə bağlı qərarını verib.

News24.az İdman.biz-a istinadla xəbər verir ki, İtaliya klubu Nigeriya millisinin hücumçusunu satmaq niyyətindədir.

Forvard A seriyası təmsilçisinin planlarına daxil deyil. Bu üzdən onun yay transfer pəncərəsində satılması nəzərdə tutulub. 25 yaşlı hücumçu İngiltərə, İspaniya və Səudiyyə Ərəbistnı klublarının maraq dairəsindədir.

Qeyd edək ki, Çukvueze 2023-cü ildə “Vilyarreal”dan “Milan”a keçib. Müqaviləsi 2028-ci ildə başa çatacaq forvard cari mövsümün 33 oyununda 5 qol və 1 assistə imza atıb.


Избранный
4
2
news24.az

3Источники